Molekulyar biologiyanın müxtəlif mövzuları üzrə jurnal klubuna start veririk. Klubun məqsədi molekulyar biologiya ilə maraqlanan tələbə və araşdırmaçıların bu sahədə baş verən yeniliklərlə bağlı dərin məlumat əldə etməsi, ortaq maraqları olan insanlarla tanış olmasıdır. Müasir Biologiya Dərnəyinin həqiqi və tələbə üzvləri kluba qoşula bilər. Bunun üçün cefer.isbarov@gmail.com ünvanına yazmağınız kifayətdir.
Klub həftədə bir məqalə seçəcək və həftənin sonunda görüşüb həmin məqaləni müzakirə edəcək. Əvvəlcə seçilən bir nəfər məqalə ilə bağlı yarım saatdan çox çəkməyən mühazirə verəcək. Bundan sonra isə iştirakçılar fikir mübadiləsi aparacaq. Məqalələr və məruzəçilər koordinatorlar tərəfindən seçiləcək. Görüşlərdə iştirak məcburidir. Məqalələr ingilis dilində olacaq. Müzakirələr Azərbaycan və ya ingilis dilində aparıla bilər. Sonda bu sahə ilə bağlı öyrəndiklərinizlə bağlı 500 sözdən çox olmayan yazı yazmağınız gözlənilir.

İlk həftənin məqaləsi:
Stotland, A., Gottlieb, R.A. (2015) Mitochondrial quality control: Easy come, easy go. BBA Molecular Cell Research. 1853(10B), 2802-2811. doi:10.1016/j.bbamcr.2014.12.041